BNA 57 nömrəli avtobusda baş vermiş insidentə aydınlıq gətirib - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün 57 nömrəli avtobusun sürücüsünün maşını dayanacaqdan kənarda saxlamadığına görə sərnişin tərəfindən vurulması ilə bağlı məsələyə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, insident 90 RB 868 dövlət nömrə nişanlı avtobusda baş verib. Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirməyib. Bundan sonra sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa davaya cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib.
"BNA bir daha sərnişinləri və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir. BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir, - deyə M.Ağayev qeyd edib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












