BNA-dan avtobusdakı davaya münasibət

"65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, çox təəssüf ki, cəmiyyətimizdə bu cür halla rastlaşırıq." Avtosfer.az xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. "Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqresiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcəkdir. Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır. Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir".
Orxan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












