BNA əməkdaşına hücuma cəhd edən sürücü üzr istədi - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, səmimi etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.
Qeyd edək ki, hadisə iki gün əvvəl “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.
Fərid
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ








