BNA: Qəzaya uğrayan 64 nömrəli avtobusda sərnişin olmayıb

Avqustun 10-da saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a bildirilib ki, qəza ilə bağlı məlumat daxil olan kimi agentliyin əməkdaşları hadisə yerinə gediblər. İlkin məlumata görə, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib. “Sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlığın və süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin. Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda, sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib”, - deyə Bakı Nəqliyyat Agentliyinin məlumatında qeyd olunub.
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












