BNA sürücülərin işə qəbulu ilə bağlı vahid sistem yaradır

Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində paytaxtda müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən 1356 nəfər sürücü xüsusi təlim keçib. Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum sözçüsü bildirib ki, təlimləri uğurla başa vuran sürücülər sertifikat alıblar: "Həmin sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Ümumilikdə isə, daşıyıcılar tərəfindən bizə verilən məlumata görə, paytaxtda marşrut avtobuslarında 3060 nəfərə yaxın sürücü var. Həmin sürücülərin hər biri xüsusi təlimlərdən keçəcəklər".
M.Ağayev qeyd edib ki, sürücülərin təlimləri yekunlaşdırılandan sonra bu təlimlərdə avtobus idarə etmək hüququ olan şəxslər də təlimlərdə iştirak edə bilərlər: "Həmin şəxslər də təlimlərdən keçəndən sonra adları peşəkar sürücü bazasına daxil ediləcək. Bilirsiniz ki, sürücülərin işə götürülməsi, onların əmək münasibətlərinin tənzimlənməsi daşıyıcılar tərəfindən həyata keçirilir, Daşıyıcıların hardan gəldi, yoxlanılmadan sürücü işə qəbul etməsi fəsadlarla nəticələnir. Bəzən olur ki, hətta avtobus idarə edən sürücünün sürücülük hüququ yoxdur. Yaxud da, sürücülük hüququ var, amma onun avtobus idarə etmək hüququ yoxdur. Əsas məqsədimiz bu cür halların aradan qaldırılmasıdır. Kənardan müraciət edən sürücülər də təlimlərdən keçəndən sonra vahid sistem yaradılacaq. Hansısa daşıyıcıya 2 nəfər sürücü lazım olacaqsa, Bakı Nəqliyyat Agentliyi həmin daşıcıya vahid bazadan 5, hətta 12 nəfər sürücü təqdim edəcək ki, onlar kənardan bu işə sürücü cəlb etməsinlər".
M.Ağayev bildirib ki, təlimlərdən keçə bilməyən sürücülər yenidən təlimlərdən keçmək üçün müraciət edə bilər: "Bu gün paytaxt marşrutlarında mövcud olan bir neçə problemdən biri də peşəkar sürücü çatışmazlığıdır. Bu gün həqiqətən də peşəkar sürücülərə ehtiyac var".
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










