BNA yaxın aylarda bir sıra layihələrin icrasını planlaşdırır - Mais Ağayev

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılması, yollarda hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində qarşıdakı aylarda bir sıra layihələrin icrasını planlaşdırır. Bunu " Report" a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. Onun sözlərinə görə, bu layihələr hazırlanarkən agentliyin mütəxəssisləri müvafiq küçə və prospektlərdə müfəssəl araşdırmalar aparıb, nəqliyyat axınına mane olan konflikt nöqtələri və digər amilləri müəyyənləşdiriblər: "Belə araşdırmalardan biri də metronun “Gənclik” stansiyasının yaxınlığında aparılıb. Araşdırmaların nəticəsi olaraq qeyd edilən ərazidə müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır. Bununla əlaqədar "Gənclik Mall"un qarşısında mövcud dayanacaq məntəqəsi ləğv ediləcək. Tətbiq ediləcək dəyişiklik sayəsində həm Əhmədbəy Ağa oğlu və Fətəli Xan Xoyski küçələrində nəqliyyatın maneəsiz axını təmin ediləcək, həm də sərnişinlərin müntəzəm marşrut avtobuslarında rahat və təhlükəsiz istifadəsi mümkün olacaq".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












