“Boeing” İrana təyyarə satmaqdan imtina etdi

Amerikanın ən böyük təyyarə istehsalçısı olan “Boeing” şirkəti İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla bağladığı müqaviləni ləğv edib. Oxu.Az İran KİV-ə istinadla xəbər verir ki, bununla bağlı şirkət bəyanat yayıb. Bəyanatda bildirilir ki, Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini nəzərə alaraq, belə bir qərar verilib: “Boeing” şirkəti bu günə qədər İrana heç bir təyyarə təhvil verməyib və bundan sonra da verməyəcək”.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, nüvə sazişinin imzalanmasından sonra İrana sərnişin və ticarət təyyarələrinin və onların ehtiyat hissələrinin satışı və xidməti üçün verilmiş lisenziya artıq ləğv edilib.
Qeyd edək ki, “Boeing” 2016-cı ildə İrana 17 milyard dollar dəyərində olan 80 sərnişin təyyarəsinin satışı üçün rəsmi Tehranla müqavilə bağlamışdı. İran həmçinin, Avropanın ən böyük təyyarə istehsalçılarından olan, mərkəzi ofisi Fransanın Tuluz şəhərində olan “Airbus” şirkətinə 100, fransız-italyan ATR şirkətinə isə 20 ədəd təyyarə sifariş vermiş və bu barədə tərəflər arasında müqavilə imzalanmışdı. Lakin həmin şirkətlər də, İrana təyyarə satmaq üçün əvvəlcə Amerika hökumətindən lisenziya almaq məcburiyyətində qalıblar.
Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










