“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətinin Çində 737 modeli təyyarələrinin yığım zavodunun açılış mərasimi olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Couşan şəhərindəki zavodda “Air China” şirkəti üçün yığılmış ilk 737s təyyarəsi də mərasimdə təqdim olunub. Bildirilir ki, “Boeing”in Çində zavod açmaqda niyyəti dünyanın ən böyük aviasiya bazarlarından biri olan Çində rəqibi “Airbus” şirkəti ilə ayaqlaşa bilməkdir.
Çin Kommersiya Təyyarələri Korporasiyası (COMAC) ilə müştərək qaydada yaradılan müəssisədə ildə 100 təyyarənin yığılması nəzərdə tutulub.
Qeyd edək ki, “Boeing” ötən il istehsal etdiyi təyyarələrin təxminən 25 faizini Çinə satıb. Şirkətin proqnozlarına əsasən, Çinin növbəti 20 ildə 1,2 trilyon dollar dəyərində 7700 yeni təyyarəyə ehtiyacı olacaq.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












