"Bolt" Azərbaycanda SÜRÜCÜLƏRİ KÜTLƏVİ BLOKLADI

"Bolt" taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.
Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.
Maraqlıdır, "Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?

Eldəniz Cəfərov
Suallarımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:
‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.
Məsələnin kökü ondan ibarətdir ki, vaxtilə Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan insanlarla yanaşı, bu xidmətdən əyləncə məqsədilə istifadə edən vətəndaşlar da vardı. Nəticədə onlar vəziyyətdən sui-istifadə edirdilər və qanunda boşluqlar mövcud idi. Taksi şirkətləri hər kəsi taksi sürücüsü kimi dəvət edirdilər və burada qanunsuz əməllər baş verirdi. Bu səbəbdən şikayətlər hədsiz dərəcədə çoxalmışdı. Ölkədə fəaliyyət göstərən xarici taksi operator şirkətləri isə bu şikayətlərə əhəmiyyət vermirdilər. Sertifikatı olmayan, müvafiq kursu keçməyən, meyarları uyğun gəlməyən sürücülərin həmin taksi şirkətlərində qeydiyyatdan keçməsi qadağandır’’.
Ekspert diqqətə çatdırıb ki, şirkət operatorları hansısa şəxsin meyarlara uyğun gəlmədiyi halda onunla işləyərsə, taksi operatorları külli miqdarda cərimə oluna bilər:
''Təəssüf ki, bəzi taksi şirkətlərinin operatorları sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqədardır’’.(ajans.az)
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










