“Bolt”da gedişhaqqı necə təyin edilir? – ŞİRKƏTDƏN AÇIQLAMA

Son günlər “Bolt” tətbiqiylə bağlı bir sıra narazılıqlar, anlaşmazlıqlar yaranıb. Belə ki, gedişhaqqı müştəriyə bir qiymətə, sürücüyə isə qiymətə görünür. Bu fərq isə sürücü və müştəri arasında anlaşmazlığa səbəb olur.
Bəs bu problemin səbəbi nədir? Əgər qiymət sürücü üçün daha çox görünürsə, müştəri nə etməlidir?
Avtosfer.az xəbər verir ki, bu barədə “Bizim.Media” məsələ İlə əlaqədar “Bolt” şirkətinə sorğu ünvanlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə əməkdaşı Nigar Kazımova bildirib ki, tətbiqdə müştəri üçün endirimli qiymət göstərir. Ancaq bu, sürücünün qazancına təsir etmir.
“”Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır. Bolt platformasında həm sərnişinlər, həm də sürücülər üçün mütəmadi olaraq kampaniyalar və güzəştlər təqdim olunur. Bəzən sürücülər arasında belə bir yanlış fikir yaranır ki, sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancı azalır. Bu doğru deyil. Əgər sərnişinə kampaniya çərçivəsində endirim tətbiq olunubsa, həmin məbləğ Bolt tərəfindən sürücünün hesabına əlavə olaraq ödənilir. Yəni sürücünün qazancına heç bir mənfi təsir olmur”.
Nigar Kazımova qeyd edib ki əvvəllər sürücülər qazandıqları vəsaiti həftədə bir dəfə bank kartına çıxara bilirdilər. Bu aydan etibarən isə artıq erkən nağdlaşdırma (gündəlik nağdlaşdırma) funksiyası aktiv edilib.
“Bu o deməkdir ki hər gün görülən işə görə qazanılan vəsaiti çıxarmaq mümkündür kartla ödənilmiş səfərlərdən və sərnişinlərə edilən güzəştlərin Bolt tərəfindən ödənilən hissəsindən yaranan balans gündəlik olaraq bank kartına köçürülə bilər. Nəticə olaraq, bu funksiyalar “Bolt” tərəfdaş sürücülərinin maliyyə çevikliyini artırır, xidmətin şəffaflığını təmin edir və onların rifahına dəstək məqsədi daşıyır”.
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI










