Borclu olduğu pulu tələb edərək Bakı sakinini döyən şəxslər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumata görə, təxirəsalınmaz əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












