Boşanmaq istəyən qadını diri-diri basdırdılar – VİDEO

Ərindən boşanmaq istəyən qadın qayınatası və qayınanası tərəfindən diri-diri torpağa basdırılaraq öldürülüb. Avtosfer.az femida.az-a istinadən xəbər verir ki, hadisə Braziliyada baş verib. Bir aydır itkin düşdüyü bildirilən iki uşaq anası Marcia Martins Mirandanın meyiti Sao Paulo şəhərində, yaşayış olmayan evin beton blokunun altından tapılıb. 41 yaşlı qadının ölümündə şübhəli bilinən qayınanası 60 yaşlı Maria İzilda Pereira Miranda və qaynatası 62 yaşlı Fernando Antonio Martins de Oliveira həbs edilib. Yaşlı cütlük iddiaları rədd etsələr də, araşdırmalardan sonra bəlli olub ki, qadının cəsədi tapılan evi onlar kirayələyiblər. Gəlinlərini öldürməsinə səbəb onların nəvələrini çox istəməsi göstərilib. Çünki ərindən boşanmağa çalışan Marcia 4 yaşlı oğlunu və 9 aylıq qızını özündə saxlamaq istəyib. Buna isə ərinin valideynləri qarşı çıxıb. Belə olduqda onlar çıxış yolunu gəlinlərini öldürməkdə görüblər. İddiaya görə, əvvəlcə gəlinlərini kirayələdikləri evə çağıran cütlük, onun başına küt alətlə zərbə endiriblər. Daha sonra evin beton blokunun altında diri-diri basdırıblar. Bunu isə qadının boğularaq ölməsi təsdiq edir. Faktla bağlı istintaq davam edir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












