Boya sexi 10 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub. Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.
Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












