Böyük Şor gölünün ortasından maşınla keçəcəyik

Böyük Şor gölü üzərində inşa edilən yol bu ayın 25-nə kimi tam olaraq bitəcək. Yol ilin sonuna qədər istifadəyə veriləcək. Avtosfer.az bildirir ki, bu sözləri axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sumqayıt və Xırdalan, həmçinin Binəqədi, Balaxanı yolundakı sıxlığı azaldacağı gözlənilən Böyük Şor gölü üzərində inşa olunan bənddə aparılan işlər barədə danışarkən bildirib. Xatırladaq ki, 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək Böyük Şor gölü üzərində yol inşa edilir. Böyük Şor gölü üzərində inşa edilən və gölü iki hissəyə ayıracaq yeni avtomobil yolunda işlər tam başa çatdırıldıqdan sonra sözügedən yol Ziya Bünyadov prospekti ilə Balaxanı, Binəqədi avtomobil yollarını birləşdirəcək. Bu yol istifadəyə verildikdən sonra sürücülər 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan dairəsi ərazisindən Xırdalan və Masazır qəsəbələrinin ərazisinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə rahatlıqla çıxış əldə edəcək.
İnşasına 2018-ci ilin mart ayından başlanılan, ümumi uzunluğu 2700 metr olan Böyük Şor avtomobil yolunda hərəkət zolağının 2200 metr hissəsinə asfalt beton örtüyü döşənib və son tamamlanma işləri aparılır. Avtomobil sıxlığı nəzərə alınaraq yeni yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.
Bundan başqa iki yeraltı tunel də inşa edilərək sürücülərin istifadəsinə veriləcək. Birinci tunelin qapalı hissəsinin uzunluğu 98 metr, açıq hissəsinin uzunluğu isə 340 metrdir.
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı










