Britaniya vətəndaşı itmiş təyyarəsini Kamboca cəngəlliklərində tapıb? - FOTO

Britaniyalı ləpirçi Yan Uilson “Daily Star” nəşrinə məxsusi müsahibəsində bildirib ki, o, Malayziyaya məxsus və dörd il əvvəl müəmmalı şəkildə itmiş MH370 təyyarəsini tapıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Y.Uilson sərnişin təyyarəsinə oxşayan obyektlə Kambodcanın çətin keçilən rayonlarından birində “Google Maps”in süni peyk görüntülərini təhlil edərkən rastlaşıb. Y.Uilson bəyan edib ki, bu obyektin Malayziya Hava Yollarının 2014-cü il martın 8-də Kuala Lumpur-Pekin reysi ilə uçan “Boeing 777-200” sərnişin təyyarəsi olmasına o, tamamilə əmindir. “Google Maps”in fotolarından da göründüyü kimi, obyekt təyyarəyə çox oxşasa da, onun uzunluğu 70 metrə çatır. “Boeing 777-200” təyyarəsinin standart uzunluğu isə 63,7 metrə bərabərdir. Y.Uilson bunu təyyarə yerə dəyərkən quyruq hissəsinin qopması ilə izah edir. Eyni zamanda, o, çəkiliş zamanı təyyarənin cəngəlliklər üzərində uçan digər layner olması barədə fikirlə razılaşmadığını da bildirir. Onun sözlərinə görə, bunu “Google Earth”in funksiyalarından biri ilə yoxlamaq mümkündür və bu zaman təyyarənin yerdə olduğu aydın görünür. Y.Uilson əlavə edib ki, o, qəzanın baş verdiyi yerə özü şəxsən getmək istəyir. Belə ki, axtarışla məşğul olan malayziyalı və avstraliyalı xilasedicilər həvəskarların belə təşəbbüslərini heç də qəbul etmək istəmirlər. Xatırladaq ki, “Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə Kuala Lumpurdan Pekinə uçan təyyarə 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal olunsa da, axtarışlar nəticəsində laynerin düşdüyü yer hələ də müəyyən olunmayıb.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












