BTQ-də hərəkət edəcək vaqonların sınaq testləri keçirilir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Avtosfer.az-a bildirib ki, hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.
Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.
Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hal-hazırda testlər uğurla davam etdirilir.
Qeyd edək ki, test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “STADLER Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.
Emin
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF














