BTQ ilə 3 minə yaxın konteyner daşınıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəmir yolu administrasiya rəhbərlərinin ilk görüşü keçirilib. Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı müşahidəçi qismində qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Görüşdə C.Qurbanov çıxış edərək bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Həmin nəqliyyat dəhlizlərinin fəal iştirakçıları məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Azərbaycanın nəqliyyat sisteminin ŞƏT-ə üzv olan dövlətlər ilə əməkdaşlıq şəraitində beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndirilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan C.Qurbanov bildirib ki, bu marşrut Asiyanı Avropa ilə birləşdirir. İstismara verildiyi 10 ay ərzində bu marşrutla 3 minə yaxın konteyner və digər təmayüllü vaqonlarda yük daşınıb. Tədbirdə o da qeyd olunub ki, Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. İclasın sonunda müvafiq protokol imzalanıb. Tədbir iştirakçıları “Mərkəzi Asiya beynəlxalq nəqliyyat dəhlizləri sistemində: strateji perspektivlər və reallaşmamış imkanlar” adlı konfransda da iştirak edəcəklər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












