BTQ ilə sərnişin daşımalarının gecikməsinin səbəbi açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarının gecikməsinin səbəbini açıqlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə danışıb. “Azərbaycan və Türkiyənin dəmiryolu relsləri fərqli ölçüdədir. BTQ üçün sifariş verdiyimiz vaqonlar bu vəziyyətə uyğun olmalı, sərhədi keçən kimi yeni ölçüyə uyğunlaşmalıdır. Bu baxımdan ləngimə var”, - o qeyd edib. C.Qubranov xatırladıb ki, Azərbaycan BTQ-də istifadə etmək üçün İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş verib: “Vaqonların gələn ilin I rübündən başlayaraq, hər dəfə 10 ədəd olmaqla 3 mərhələdə Azərbaycana gətirilməsi nəzərdə tutulub. Onlar ən son texnologiya əsasında hazırlanıb. Qatar Bakıdan Qarsa 10 saata çatacaq. Gediş haqqı 3 ölkə arasında əldə olunmuş razılığa və beynəlxalq tariflərə əsasən müəyyən olunacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












