“BTQ ilə yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil”

“Bədnam qonşularımız Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti haqqında Rusiya mətbuatında yazdırırdılar ki, bu xətt kənardan keçir. Amma hazırda Rusiya və Qazaxıstan şirkətlərinin əksəriyyəti BTQ ilə maraqlanır”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (SADY) sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə qiymətlər açıqlanacaq. Amma BTQ ilə yükdaşımaların həcminin artırılması rəhbərlik etdiyi qurumla yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG) asılıdır. “ADY-nin ölkə daxilində yükdaşıma qabiliyyəti ildə 30 mln. tondur. Bunun 10 mln. tonu daxili daşımalar, 20 mln. tonu isə Rusiyadan gələn yüklər ola bilər. Yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil. AXDG də böyüməlidir. Bu gün onun yükdaşıma qabiliyyəti ildə 5-7 mln. ton arasındadır. Amma hazırda Gəmiçilik yeni gəmilər tikir və yəqin ki, yükdaşıma gücüni artıracaq".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












