BTR-nin kabelini oğurlayan idarə işçiləri saxlanılıb - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabelərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, mayın 10-da Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kebel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Qeyd edək ki, hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayevi rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
















