Bu avtobuslarda gediş haqqı endirildi

Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı 60 qəpiyə endirilib. Avtosfer.az xəbər verir ki, bunu Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub: N.Allahyarovanın sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib: "Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər. Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub. Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin “1655” saylı “Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur. Əlavə olaraq qeyd edim ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib".
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












