Bu binada 100 fahişə yaşayır - FOTO

Böyük Britaniyanın baş naziri Tereza Mey ötəngünkü çıxışında Britaniya Mühafizəkarlar (Tori) Partiyasına bağışlanılan 300 min fund sterlinqi geri verməyə çağırıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu həmin pulların fahişəlik biznesindən əldə edilməsi ilə bağlıdır. Belə ki, Londonun ən lüks yerlərindən biri sayılan "Chelsea Cloisters" binasında 100-dən çox fahişə yaşayır. Binanın 10 mərtəbəsinin sakinləri əxlaqsız qadınlardır. Binanın sahibi isə 70 yaşlı multi-milyoner Kristofer Morandır. Həmin binada onun ofisi var. O, bir sıra tədbirlərdə kral ailəsinin üzvləri ilə birgə iştirak edib və 404 milyon fund-sterlinqlik sərvəti var. The Sunday Times-ın jurnalistləri gizli şəkildə 40 fahişə "sifariş" ediblər ki, onlara 23 mənzil təşkil olunub. Bu mənzillərdən 15-i isə həmin milyonerin "Realreed" şirkəti tərəfindən kirayə verilib. İnternetdə araşdırma nəticəsində də məlum olur ki, eskort saytlarının biri bir gecədə, eyni ünvanda 100-dən çox fahişə təqdim edir və ünvan olaraq da "Chelsea Cloisters" göstərilir.

Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












