Bu dəfə 60 ağac aşdı, arasında qiymətli ağaclar da var

Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində aşan ağacların sayı artıb. Avtosfer.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O, bildirib ki, vəziyyət çox acınacaqlıdır: “Dünəndən bu günə kimi şəhərin müxtəlif yerlərindən istər vətəndaşlar, istərsə də qurumlar tərəfindən 60-a yaxın ağac aşması barədə məlumat daxil olub. Müraciətlər ən çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarındandır. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qorunub saxlanılan ağaclar da var: “Mütəmadi qulluq edilən, ekoloji tarazlığı tənzimləyən və dekorativ 6 ağac aşıb. Onlar Eldar şamı, sərv və göyrüş ağaclarıdır”.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










