“Bu dəfə də keçək, gələn dəfə keçiddən istifadə edərik” – Sumqayıt sakini - VİDEO

Son bir neçə ildə Azərbaycanda dəmir yollarında baş verən qəzaların sayındakı artım bu istiqamətdə maarifləndirmə tədbirlərinə ciddi ehtiyac olduğunu göstərir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk beş ayında ümumilikdə 197 kənar müdaxilə hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 108 olub. Beləliklə, hadisələrin ümumi sayında 82 faiz artım müşahidə edilib. Hadisələrin böyük əksəriyyəti – 167-si sərnişin qatarlarının hərəkəti zamanı baş verib.
2026-cı ilin ilk beş ayı ərzində Azərbaycan dəmir yollarında qeydə alınan kənar müdaxilə hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara edilən müdaxilələrin təkcə nəqliyyatın fəaliyyətinə deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaratdığını göstərir.
Saylarda artım olsa da, ötən illə müqayisədə bu il sərniin qatarlarının hərəkət intensivliyi və gedilən məsafədə də böyük dəyişiklik var.
Ən çox rast gəlinən hadisələrdən biri dəmir yolu xəttinə insanların daxil olması səbəbindən maşinistlərin təcili tormozlama etməsi olub. Bu cür hadisələrin sayı bir il ərzində 55-dən 70-ə yüksəlib. Bundan başqa, relslər üzərinə kənar əşyaların qoyulması halları da 47 faiz artaraq 17-dən 25-ə çatıb. Daş atılması hadisələrinin sayı isə 16-dan 20-yə yüksəlib. Bu kimi müdaxilələr ilk baxışda sadə görünə bilər, lakin hərəkətdə olan qatarlara ciddi ziyan vurmaqla yanaşı, sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün risk yaradır.
Baş verən hadisələrə elə yerində qiymət vermək üçün nəqliyyat eksperti Elməddin Muradlı dəmir yolları ətrafında məskunlaşan sakinlərlə görüşlər keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının da iştirak etdiyi görüşdə relslərdən qanunazidd şəkildə keçməyə çalışan vətəndaşlar maarifləndirilib.

Sakinlər ərazidə dəmir yolu keçidinin olmasına baxmayaraq, hər dəfə relslərin üzərindən istifadə edərək özlərini təhlükəyə atır. Bununla əlaqədar vətəndaşlarla müzakirələr aparılıb. Relsdən keçid kimi, gəzinti və fotosessiya məkanı kimi istifadə edən şəxslərə keçiddən keçməyin onların həyatı üçün təminat rolu oynadığ izah edilib. O qədər müzakirə və maarifləndirici söhbətlərə baxmayaraq, görüş əsnasında sakinlərdən biri “bu dəfə də relsin üstündən keçək, gələn dəfədən keçiddən keçərik” deyərək, məsələyə ciddi yanaşmadığını da göstərib.
Həmin videonu sizə təqdime dirik:
Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?










