Bu ərazidə binalar söküləcək, sakinlərə pul veriləcək - AÇIQLAMA

Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Birinci mərhələdə Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. İkinci mərhələ isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir.
Bəs həmin binalarda yaşayanların taleyi necə olacaq?
Avtosfer.az xəbər verir ki, bu barədə Ajans.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev deyib ki, hazırda hər hansı binanın qəzalı olması ilə bağlı FHN-nin rəyi lazımdır:
“Əgər varsa, o binalar özəl şirkətlər tərəfindən sökülərək yeni binalarla əvəzlənir. Bu zaman mənzil sahiblərinə yeni mənzilə köçənə qədər kirayə pulları ödənilir. Hazırda Bakı şəhərində minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var ki, onların hər birini söküb tikmək uzun illər tələb edir. Bu baxımdan çox qəzalı vəziyyətdə olmayan binaların yenidən restavrasiya olunması onların dayanıqlılığını artıracaq, ömürlərini uzadacaq. Bu proses daha əvvəl başlamalı idi ki, həmin binalar daha da qəzalı vəziyyətə düşməsin. Bu binaların yenidən təmir olunması onların qiymətlərini də yüksəldəcək”.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












