Bu ərazidəki yol nişanı ticarət obyektlərinin işinə mane olur - VİDEO

Bakının mərkəzi yollarının birində olan yol nişanı ərazidə ticarətlə məşğul olan insanlara çətinlik yaradır. Yolda hərəkətin təşkilində edilən dəyişiklik alıcı və satıcıları çətin vəziyyətdə qoyub. Söhbət Nərimanov rayonu, Xətai propektindən gedir. Yol kənarındakı obyektlərin sahibləri deyir ki, bir neçə gündür bu yola dayanma-durmanı qadağan edən nişan qoyulub. Nəticədə isə onların mağazalarına gələnlər avtomobillərini saxlaya bilmirlər. Mağaza sahibləri deyir ki, burda avtomobillər ancaq birinci cərgədə saxlanılır. Lakin bir neçə gündür ki, buraya yeni nişan qoyulduğundan avtomobil saxlayanlar cərimələnir. Obyekt sahibləri bildirir ki, onların satdıqları məhsulların çəkisi və tutumu iri olduğundan avtomobilsiz aparmaq çətindir. Mağazaların qabağında isə dayanma və durma qadağan edildiyindən alıcılar da, satıcılar da çətin vəziyyətdə qalıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, sözügedən ərazidə əvvəllər də həmin nişan olub. Amma sonradan qeyri müəyyən səbəbdən yığışdırılıb. Hazırda isə həmin ərazi nişanın əhatə dairəsinə düşdüyünə görə, burda avtomobil saxlayan sürücülər cərimələnəcək.
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR AÇIQLANDI - Əsgərləri qırğına belə göndərib - VİDEO










