Bu gün hava necə olacaq? - Proqnoz açıqlandı

Azərbaycanda avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 28-33° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 32-37° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 20-22°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcək.
Fidan
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










