Bu gün İstanbulun sayca üçüncü hava limanı istifadəyə veriləcək

Bu gün İstanbulun sayca üçüncü hava limanı (İstanbul Grand Airport – İGA) istifadəyə veriləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dünyanın ən nəhəg hava limanlarından biri olan və bir çox yenilikləri ilə ilklərə imza atan aeroportun açılışı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümündə baş tutur. Hava limanının açılışını Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan edəcək. Rəsmi açılış mərasimi Türkiyə vaxtı ilə 16:00-da baş tutacaq. Açılış mərasimində xarici ölkələrdən dəvət olunmuş prezidentlər, baş nazirlər və dövlət rəsmiləri iştirak edəcəklər. Yeni hava limanının adını açılışda Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan elan edəcək. Hava limanından ilk uçuş Ankara Esenboğa Hava limanına (ESB) həyata keçiriləcək. Daxili reys 45 dəqiqə davam edəcək. İlk beynəlxalq uçuş isə Azərbaycana və Şimali Kipir Türk Cumhuriyyətinə ediləcək. Azərbaycana ilk reys "Boeing 737-800" tipli təyyarəsi ilə noyabrın 1-i, yerli vaxtla 15:55-də, geriyə isə noyabrın 2-si, saat 08:53-də olacaq.
Yeni aeroportdan 350 istiqamətə uçuşlar planlaşdırılır. İlk olaraq burada ildə 90 milyon, daha sonra isə 150 milyon sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur. On milyard türk lirəsinə başa gələn hava limanında eləcə də mağazalar şəbəkəsi, logistika və sərgi mərkəzləri olacaq. Qeyd edək ki, hazırda Türkiyədə 55 aeroport fəaliyyət göstərir. Ölkədə ilk hava limanı 1912-ci ildə hərbi məqsədlər üçün tikilib.
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










