Bu gün Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq

Gündəm 1 May 2018 10:19
Bu gün Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə olun
Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər.  Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.

Oxunub : 998
ŞƏRH YAZ
Ad

E-mail

Şərh