“Bu hadisələr daha da azğın xarakter alıb” - Oruc Zalov

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında daxili işlər nazirinin müavini, Dövlət Komissiyasının üzvü, general Oruc Zalov çıxış edib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, O. Zalov bildirib ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri ilk növbədə Azərbaycan xalqına qarşı törədiblər: "Bu hadisələr daha da azğın xarakter alıb, keçmiş Ermənistan rəhbərliyi başda olmaqla SSRİ rəhbərliyinin bu hadisələrə mülayim münasibətini hiss edərək torpaqlarımızda yaradılmış Ermənistan ərazisindən yüz minlərlə soydaşımızın köçürülməsinə, onların soyqırımına, mal və mülklərinə qəsd ediblə. Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var. Biz arxivdə olan məlumatları onlara çatdrmalıyıq. Daxili İşlər Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına bu istiqamətdə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












