Bu il Bakıda 8288 cinayət qеydə alınıb

Bu ilin 9 ayı ərzində Bakıda 8288 cinayət qеydə alınıb. Avtosfer.az xəbər verir ki, bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib. E.Həsənov bildirib ki, оnların da 88,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi ağır və хüsusilə ağır növlər оlub. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 9,4 faiz, ağır və хüsusilə ağır cinayətlər 38,4 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4,6 faiz, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmalar 35,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 19 faiz, o cümlədən avtonəqliyyat vasitələrinin oğurluğu 3,4 dəfə, dələduzluqlar 37,3 faiz, avtonəqliyyatın qaçırılması 6,6 faiz, qanunsuz ağac kəsmə 2 dəfə, insan alveri ilə bağlı cinayətlər isə 8,9 faiz azalıb: “Ümumi cinayətlərin 79,8 faizinin, o cümlədən ağır növlərinin 80,5 faizinin, qеyri-aşkar şəraitdə baş verən 74,4 faizinin açılması təmin olunub. Xüsusən şəxsiyyət əleyhinə оlan cinayətlərin 94 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 90,7 faizinin, adam öldürməyə cəhdlərin 100 faizinin, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,7 faizinin açılması təmin edilib”.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










