Bu il ölkədə daşınan sərnişinlərin STATİSTİKASI

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,7 faizi avtomobil nəqliyyatı, 25,5 faizi isə boru kəməri ilə daşınıb. 2018-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 634,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib. Qeyd edək ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin isə 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












