Bu kənddə qəbirlərin üstündə nərdivanlar var - SƏBƏB, VİDEO

İsmayıllı rayonunun Diyallı kəndində yaşayanların qəribə bir ənənəsi var. Burda qəbirlər nərdivan formasındadır. Daha doğrusu, nərdivan formalı tabut ölünü basdırandan sonra elə qəbrin üstündə qalır. Bu maraqlı adətin səbəblərini aradırmışıq.
Avtosfer.az xəbər verir ki, qəbirlərin üstündə nərdivanlar var. Bu ənənə kəndə qonaq gələnlərin diqqətini çəkir.
İsmayıllı rayonun qədim kəndlərindən biri, Diyallıda 2153 sakin yaşayır. Kəndin özünəməxsus qədim bir ənənəsi var. qəbirstanlıqda qəbirlərin üzərinə nərdivan qoyurlar. Əslində Diyallı kəndində dünyasını dəyişən şəxs olarsa, bələdiyyə tərəfindən standartlara uyğun düzəldilmiş tabutlar verilir. Lakin insanlar keçmişdən bu günədək quru ağac materiallarından nərdivan formasında hazırlanmış tabutlara üstünlük verirlər.
Kənd sakinlərinin sözlərinə görə, əzizləri dünyasını dəyişəndə onu qəbiristanlığa aparmaq üçün əldə düzəldilən belə yüngül vasitədən istifadə edirlər. Nərdivan formasında olan bu agaclar da elə qəbrin üstünə qoyulur.
Adətə görə qəbrin üstünə əgər məzar daşı qoyularsa o zaman həmin nərdivan formasindakı tabut həmişəlik məzarın yanına qalır. Qəbir üstü torpaqlı qalırsa nərdivan da qəbrin üstündə çürüyüb yox olur.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












