Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir - İçərisində nişasta var

Rusiyanın İstehlakçılar İttifaqının Ekspert Şurası "Roskontrol" satışda olan kəsmiklərin tərkibini laborator təhlil edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, laborator analizlərə "Ostankinskoye", "Milava", "Domik v derevne", "Prostokvaşina", "Dmitrovskiq moloçnıy zavod" kəsmikləri cəlb edilib. Mütəxəssislər kəsmikləri 50 parametrinə görə təhlil ediblər.
Məlumata görə, nümunələrin heç birində mütəxəssislər sağlamlıq üçün ziyanlı maddə aşkar etməyiblər. Lakin yalniz "Ostankinskoye" kəsmiyindən başqa, bütün kəsmiklərdə nişasta olduğu müəyyən edilib. Hərçənd bəzi ərzaq məhsullarında nişasta əlavəsinin olması normal olduğu halda, təsdiq olunmuş standarta görə, kəsmiklərdə nişasta olmağına icazə verilmir. Nişasta kəsmiyin qatı və möhkəm qalması üçün əlavə edilir. Nişasta məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












