Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır

Yaponiyanın avtomobil istehsalçısı “Honda” bəzi modellərində aşkarlanan texniki nasazlıqlarla əlaqədar geri çağırılma proqramı həyata keçirir.
Avtosfer.az xəbər verir ki, şirkət 2024–2026-cı illərdə istehsal olunmuş “CR-V” modellərində istifadə edilən təcili təkər təmiri dəstlərində müəyyən edilən qüsurlarla bağlı müvafiq qurumlara rəsmi məlumat təqdim edib.
“Honda”nın açıqlamasına görə, sözügedən təmir dəstlərinin şlanq birləşdiricisində konstruktiv qüsur aşkar olunub. Bundan əlavə, təzyiq azaltma klapanının düzgün tənzimlənmədiyi müəyyən edilib.
Bildirilir ki, bu nasazlıq nəticəsində dəstdəki təmir məhlulu qabı yüksək təzyiq altında partlaya bilər. Bu isə təkərin təmiri zamanı istifadəçi üçün təhlükə yarada və xəsarətlə nəticələnə bilər.
Geri çağırılma 24 iyun 2024-cü il ilə 19 fevral 2026-cı il tarixləri arasında istehsal olunmuş ümumilikdə 118 ədəd “CR-V” modelini əhatə edir. Şirkət təsirə məruz qalan avtomobillərin şassi nömrələrinin siyahısını rəsmi internet səhifəsində dərc edib.
“Honda” bildirib ki, avtomobil sahibləri ilə poçt və digər kommunikasiya vasitələri ilə əlaqə saxlanılır. Qüsurlu təkər təmiri dəstləri rəsmi servis mərkəzlərində daha təhlükəsiz və təkmilləşdirilmiş versiyalarla ödənişsiz əvəz olunacaq.
Bununla yanaşı, şirkət daha əvvəl yanacaq sistemində aşkarlanan nasazlıqla əlaqədar da genişmiqyaslı geri çağırılma proqramına start verib.
Məlumata görə, aşağı təzyiqli yanacaq nasosunda yaranan problem səbəbindən “N-BOX”, “FREED”, “Fit”, “Step Wagon”, “N-WGN” və “VEZEL” də daxil olmaqla ümumilikdə 23 model üzrə dəyişdirmə prosesi həyata keçirilir.
Şirkət qeyd edib ki, geri çağırılmaların məqsədi mümkün təhlükələrin qarşısını almaq və avtomobillərin təhlükəsiz istismarını təmin etməkdir.
Eltac Zülfüqaroğlu
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











