Bu marşrutun daşıyıcısı dəyişdi - FOTO

32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaratmış və vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.
Məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.
Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.
Fidan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb




















