Bu müharibə pandemiyadan da ağır olacaq - ŞOK PROQNOZ

Rusiya prezidenti Vladimir Putin İranla mümkün müharibənin qlobal nəticələri ilə bağlı sərt açıqlama verib. Münaqişənin dünya iqtisadiyyatına təsirini koronavirus pandemiyası ilə müqayisə edən Putin bildirib ki, “enerjidən tutmuş istehsala qədər bir çox sahədə ciddi dayanma riski var və dünya sistemli şokla üz-üzə qala bilər”. Moskvanın bu “qaranlıq” proqnozu beynəlxalq gərginliyi daha da artırıb.
Bəs bu cür açıqlamalar investorlar və bazarlar üçün psixoloji təsir yaratmağa hesablanıb? Qlobal təchizat zəncirlərinin dayanması nə dərəcədə realdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, münaqişənin uzanması dünya iqtisadiyyatında şok effekti yarada və ciddi mənfi nəticələrə səbəb ola bilər.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin təsirləri artıq bir neçə ildir dünya və xüsusilə Avropa iqtisadiyyatında hiss olunur. Hazırda Yaxın Şərqdə baş verən qarşıdurmanın nəticələri isə daha ağır ola bilər:
“İranın Hörmüz boğazını bağlaması neft təchizatına ciddi zərbə vura bilər. Bu isə Avropada yanacaq qiymətlərinin artımına və inflyasiyanın sürətlənməsinə səbəb ola bilər”, — deyə iqtisadçı qeyd edib. Ekspert əlavə edib ki, mümkün münaqişə ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Onun fikrincə, regionda hərbi infrastrukturun zərər görməsi gələcəkdə böyük maliyyə xərcləri və əlavə iqtisadi təzyiqlər yarada bilər.
Eyyub Kərimli vurğulayıb ki, region ölkələri üçün investisiya mühiti də risk altındadır:
“Hazırda bəzi Yaxın Şərq ölkələrində investor aktivliyinin azalması və kapital axınının zəifləməsi müşahidə olunur. Bununla yanaşı, logistika zəncirlərində də ciddi problemlər yarana bilər”.
İqtisadçının fikrincə, neft qiymətlərinin artması qlobal istehsal xərclərinin yüksəlməsinə gətirib çıxaracaq:
“Bu isə məhsulların bahalaşmasına səbəb olacaq. Ümumilikdə dünya iqtisadiyyatı mənfi təsirlə üzləşə bilər. Mərkəzi bankların faiz artımı qərarları isə iqtisadi aktivliyi daha da zəiflədə və resessiya riskini artıra bilər. Münaqişə uzandıqca, bu təsirlərin miqyası daha da genişlənəcək”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT














