Bu nazir 20 ildir vəzifədədir - FOTO

Azərbaycanda ən stajlı məmurlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 31 ildir məsul vəzifələrdə çalışır.
Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur.
Nazir ailəsində böyüyən Kəmaləddin Heydərov mərhum atası Fəttah Heydərov kimi parlaq karyera qurmağı bacarıb. 1995-ci ildə 34 yaşı olanda Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Bu vəzifədə 11 il çalışıb.
Kəmaləddin Heydərov Azərbaycanda ən stajlı nazir sayılır. O, 6 fevral 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır. General-polkovnikdir.
Kəmaləddin Heydərov yaradıcılığa xüsusi marağı ilə tanınır. O, Kamal imzası ilə sevilən mahnılar bəstələyib. Xalq artisti Aygün Kazımovanın ifa etdiyi "Səndən nigaranam" mahnısı müəllifə şöhrət qazandırıb.
Xalq artistləri Flora Kərimova, Alım Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, İlqar Muradov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi mahnıları ifa ediblər.
Fotoda: Kəmaləddin Heydərov

Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












