Bu paltarın 100 il ömrü var

Mərkəzi Londonda yerləşən "Vollebak" kişi geyimləri markası ilkə imza atıb. Avtosfer.az xəbər verir ki, marka 100 il ərzində geyinilə biləcək şalvarlar istehsal edib.
Yeni şalvarlar olduqca şıq görünüşə sahibdir. Şirkət məhsulların həm də rahat olduğunu bildirir. Bəs geyim markası bu qədər davamlı geyimi necə əldə edə bildi?
Bütün zamanların ən populyar rəngləri olan xaki və qranit bozu rəngi aktiv və macəraçı həyat tərzinə sahib insanların sevimlisi olub. Həmin 100 illik geyimlər də bu rəngdə dizayn edilib. Bu şalvarlar hətta ayaqlarda olan fiziki qüsuru da örtmək potensialına malikdir. Şalvarın içliyi termal və mexaniki müqavimətə tab gətirən aramid parçasından hazırlanıb. Bu da geyimin rahat olmasını təmin edir. Aramid sintetik olmasına rəğmən, dərinin hava almasına imkan yaradır. Şalvar 3 qat parçadan hazırlanıb. Aramid parçası bədən və istilik arasında bariyer olan orta təbəqə, su keçirməyən və elastik olan xarici səth və içlik.
"Vollebak" bu 100 illik şalvarların astronavtların geyimindən belə daha etibarlı olduğunu iddia edir. Yeni məhsulun qiyməti 575 avrodur. (publika.az)
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO










