Bu qurğulardan Bakı küçələrində də tətbiq olunacaq? - AÇIQLAMA

"Bakıda demək olar ki, son 10 il ərzində yaşıllıqların sahəsi təxminən 10 dəfə artıb. Böyük ictimai yaşıllıq zonaları və parklar yaradılıb və bu da öz təsirini göstərir. Çünki bütün ağaclar və ümumiyyətlə yaşıllıqlar atmosfer havasını təmizləyir". Avtosfer.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında ekoloq Fikrət Cəfərov bildirdi.
Onun fikrincə, Bakıda atmosfer havasının keyfiyyəti ilə bağlı ən ciddi problem nəqliyyat vasitələrindən yaranan çirklənmədir:
.jpg)
"Nəqliyyat bu gün demək olar ki, atmosferə atılan çirkləndirici maddələrin 90 faizinə səbəb olur. Bu vəziyyət ilk növbədə tıxaclarla bağlıdır. Maşınlar tıxacda qaldıqda ətraf mühitə daha çox zərərli maddə buraxır. Havanın təmizlənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ilk növbədə nəqliyyat və logistika problemi həll olunmalıdır. Bu problem qalarsa, nə qədər yaşıllıq salınsa və digər tədbirlər görülsə də, ciddi nəticə əldə olunmayacaq. Məsələn, Çində böyük şəhərlərdə də oxşar vəziyyət mövcuddur. Lakin orada küçələrdə təmizləyici qurğular quraşdırılır. Bu qurğular birbaşa avtomagistralların ətrafında yerləşdirilir və nəqliyyat vasitələrinin buraxdığı toksiki tullantıları dərhal udaraq toplayır. Bu texnologiya hələlik Bakıda tətbiq olunmur. Lakin belə qurğuların, yaxud onlara bənzər sistemlərin əsas magistralların ətrafında yerləşdirilməsi məqsədəuyğun ola bilər".
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












