Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə..

"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
Avtosfer.az xəbər verir ki, güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var.
Bütün ölkənin danışdığı antiqəhrəman haqqında bəzi məlumatlar əldə etmişik. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.
Etibarlı mənbələrdən verilən məlumata görə, sözügedən şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb.
Onu tanıyanlar Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər. Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən “Murad” şadlıq evi də ailəyə məxsusdur.
Şagirdin atası Samir Şirinov isə Əziz Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. O, həmin vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub.
Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır. (AzTimes.az)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












