Bu şəxslər “Green Card” əldə edə BİLMƏYƏCƏK

ABŞ-də Donald Tramp administrasiyasının İsrailə qarşı tənqidi mövqe nümayiş etdirən, Fələstinə dəstək aksiyalarında iştirak edən və “Amerika əleyhdarı” kimi xarakterizə edilən şəxslərin “Green Card” müraciətlərinin rədd edilməsini təşviq etdiyi iddia olunub.
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti Daxili Təhlükəsizlik Nazirliyinin hazırladığı təlim materiallarına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəsmilərinə göndərilən göstərişlərdə immiqrantların siyasi baxışlarının müraciət prosesində əsas meyarlardan biri kimi nəzərə alınması qeyd olunub.
Mart ayında paylanılan materiallara əsasən, aşağıdakı fəaliyyətlərlə məşğul olan şəxslərin müraciətlərinin “əsasən mənfi” qiymətləndirilməsi tövsiyə edilib:
- Universitet şəhərciklərində Fələstinə dəstək nümayişlərinə qatılmaq;
- Sosial mediada İsraili tənqid edən paylaşımlar etmək;
- ABŞ bayrağına "hörmətsizlik" nümayiş etdirmək.
Sənədlərdə immiqrasiya rəsmiləri üçün konkret nümunələr də yer alıb. Məsələn, üzərində "İsrailin Fələstinə qarşı terroruna son qoyun" yazılmış və İsrail bayrağının üzərindən xətt çəkilmiş sosial media paylaşımları müraciətin rədd edilməsi üçün kifayət edən amillər sırasındadır. Həmçinin, 2024-cü ildə qlobal miqyas alan tələbə etirazlarında iştirak edənlər "ABŞ əleyhdarı və antisemit fəaliyyətlər" çərçivəsində xüsusi nəzarətə götürüləcək.
Xəritədə İsrailin adının silinərək "Fələstin" yazılması və ya mülki şəxslərə qarşı aqressiv ifadələrin işlədilməsi də bu kateqoriyaya daxil edilib. Maraqlıdır ki, ABŞ bayrağının yandırılması ölkə konstitusiyasına görə "simvolik siyasi ifadə forması" kimi qorunsa da, Trampın keçən il imzaladığı sərəncamla bu, immiqrasiya müraciətlərində mənfi hal kimi qeyd olunacaq. Ağ Ev sözçüsünün müavini Abiqeyl Cekson bildirib ki, bu siyasət söz azadlığını məhdudlaşdırmaq deyil, ABŞ təsisatlarını və milli təhlükəsizliyi qorumaq məqsədi daşıyır. Lakin bir çox mütəxəssis və rəsmilər bu addımı tənqid edirlər. Co Bayden dövrünün immiqrasiya rəsmisi Amanda Baran qeyd edib ki, İfadə azadlığı vədi ilə qurulmuş bir ölkədə ideoloji qiymətləndirmələrin yeri yoxdur.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












