Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

"Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək".
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
Onun sözlərinə görə, digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır:
"Belə ki, qərarla agentlik “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.
Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirildi.
Bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərdə məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












