Bu sürücülər 40 manat cərimə olunacaq - FOTO - VİDEO

Bakıdakı yollardan birində sadəcə düzünə və sağa hərəkətə icazə verilsə də, avtomobillər sola dönür. Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır. Söhbət Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsindən gedir. Belə ki, Şərifzadə küçəsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.
Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır.
Maraqlıdır, o yolda sola dönməyə icazə varmı? Yoxdursa, həmin sürücüləri hansı cərimələr gözləyir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda minik avtomobili sürücülərinin sola dönməsi tamamilə qanunsuzdur.
Mütəxəssis həmin yolda sadəcə avtobuslara dönməyə icazə olduğunu bildirib:
“İctimai nəqliyyatın planlaşdırılması zamanı marşrutların kənara çıxmasına icazə verən bir qərar qəbul edilib. Bu qərara uyğun mexanizm təşkil olunub. Lakin bu mexanizm təhlükəli və risklidir. Dəfələrlə də yol-nəqliyyat hadisələrinə səbəb olan bir hal olduğunu müşahidə etmişik. Həmin yolda qarşıda geriyə dönmə yeri olsa da, avtobusların həcmi böyük olduğundan oradan dönmək çətinlik yaradır. Bu səbəbdən belə bir hərəkət trayektoriyası müəyyənləşdirilib”.
E.Muradlı sürücüləri qaydaları pozmamağa çağırıb. Ekspert nəzərə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə sözügedən sürücülər 40 manat məbləğində cərimə edilə bilərlər:
“Digər sürücülər avtobuslara yox, öz hərəkətlərinə fikir verməlidirlər. Avtobus olmasın, başqa avtomobil sürücüsü olsun, bəlkə psixoloji problem var, ya da pulu çoxdur, qayda pozur. Onlara güvənib belə hərəkətlər etmək doğru deyil. Sürücülər mütləq yol hərəkəti qaydalarına riayət etməlidirlər”. (sfera.az)

Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR












