Bu xəstəliyi olanlar əsgər aparılmır

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti “Xəstəliklər cədvəli” əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur.
Avtosfer.az-ın Metbuat.az-a istinadən məlumatına görə, I dərəcəli skoliozu olan şəxslər (Kobb bucağı 10 dərəcəyədək), eləcə də I və II dərəcəli kifozu olanlar (Kobb bucağı 50 dərəcəyədək) hərbi xidmətə yararlı hesab edilir. Uzanmış vəziyyətdə və ya başın dartılması zamanı düzələn, fəqərələrin rotasiyası olmayan qeyri-struktur (qamət) skoliozu da hərbi xidmətə maneə sayılmır.
II dərəcəli skolioz (11–25 dərəcə) ağrı sindromu və funksional pozuntu ilə müşayiət olunduqda şəxslər hərbi xidmətə məhdud yararlı hesab olunur. III dərəcəli skolioz (26–50 dərəcə) və döş qəfəsinin ifadə olunmuş deformasiyası olan hallar isə adətən hərbi xidmətə yararsız və ya məhdud yararlı kimi qiymətləndirilir. IV dərəcəli skolioz (50 dərəcədən çox), ağır deformasiya, tənəffüs çatışmazlığı və davamlı ağrı sindromu ilə müşayiət edildikdə şəxs hərbi xidmətə tam yararsız sayılır.
Funksional pozuntu yaratmayan, simptomsuz keçən və yalnız rentgen müayinədə aşkar edilən yüngül onurğa dəyişiklikləri, o cümlədən Şmorl yırtığı hərbi xidmətə çağırış üçün maneə hesab edilmir. Onurğa əyriliyi ilə bağlı yekun qərar yalnız əyrilik bucağına deyil, kliniki əlamətlərə, ağrı sindromunun davamlılığına və onurğanın funksional vəziyyətinə əsasən verilir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












