Bu yolda sürücü və piyadalar üçün təhlükə var - VİDEO

Yasamal rayonu, Şərifzadə küçəsi, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında təhlükəli vəziyyət hökm sürür. Avtosfer.az xəbər verir ki, əksər piyadalar yeraltı keçidi qoyub, düz yolun hərəkət hissəsindən istifadə edirlər. Nəticədə də həm özləri, həm də sürücülər üçün qəza şəraiti yaradırlar. Piyadalardan niyə keçiddən yox, yoldan istifadə etmələrini soruşduqda isə onlar bunu müxtəlif səbəblərlə izah etdilər.
Metronun "20 Yanvar" stansiyasının yaxınlığında isə yolun dörd bir kənarında piyadaların yolun hərəkət hissəsinə çıxmaması üçün dəmir məhəccərlər çəkilib. Nəticədə də bu yolda təhlükə aradan qalxır.
Sürücülər bütün yollarda dəmir məhccərlərin quraşdırılmasının vacib olduğunu bildirirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, paytaxtda hərəkətin intensiv olduğu ərazilərdə belə məhəccərlər qurulur. Ən son "Koroğlu" metrosunun çıxışında həmin məhəccərlər çəkilib. Başqa yerlərdə də müşahidələr aparılır. Piyadaların çox olduğu ərazilərdə həmin məhəccərlərin quraşdırılması davam edəcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












