Bu yollarda piyada zolağının olmaması vətəndaşlar üçün təhlükə yaradır - VİDEO

"Neftçilər" metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov və Məhsəti küçələrinin kəsişməsində yolun bir hissəsində piyada zolağı var, amma digər hissəsində yoxdur. Mövcud vəziyyət piyadaların ərazidən təhlükəsiz şəkildə keçmələrinə çətinlik yaradır. Binəqədi rayonunda Sulutəpə dairəsi kimi tanınan ərazidən Xocahəsən istiqamətinə gedən yolda isə ümumiyyətlə keçid yoxdur. Halbuki, yolun Sulutəpə hissəsində yüzlərlə ev var. Üstəlik, ərazidə məktəbin olması vəziyyəti daha da çətinləşdirir. Dairədən Xocahəsən istiqamətində təxminən 2 km-dən artıq bir məsafədə nə yeraltı, nə də yerüstü keçidə rast gəlinir. Bu səbəbdən də yolu keçmək istəyən piyadalar sözün əsl mənasında həyatlarını riskə atırlar. Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev bildirdi ki, hər iki fakt ilə bağlı araşdırma aparılacaq və çatışmazlıq ən qısa zamanda aradan qaldırılacaq.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












