Büdcədən yüz milyonlarla dollar oğurlayan mafioz Yerevanda - FOTO

Amerikadakı erməni mafiyasının lideri, "Pzo" ləqəbli "vor zakon" Armen Kazaryan Yerevana gəlib. Avtosfer.az bu haqda virtualaz-a istinadən bildirir. 54 yaşlı "Pzo" ABŞ-dan xüsusi reyslə "Zvartnots" aeroportuna gəlib, onu dostları və yaxınları qarsalayıblar. "Pzo"nun hansı məqsədlə Ermənistana gəldiyi bəlli deyil. Armen Kazaryan 1964-cü ildə Yerevanda anadan olub. Gənc yaşlarından yerli kriminal qruplaşmanın lideri kimi məşhurlaşıb. Onu 1991-ci ildə Rostovda "vor zakon titulu veriblər. 1996-cı ildə Kazaryan ABŞ-a köçüb və burada federal büdcədən yüz milyonlarla dolların mənimsənilməsinə gətirib çıxaran mürəkkəb dələduzluq sxemini qurub. Yaşı 65-dən yuxarı olan amerikalıların könüllü tibbi sığortası proqramı "Medicare" Kazaryanın bu sxeminin nəticəsində azı 163 milyon dollar itirib.

Daha 50 milyon dollar isə fiziki imkanları məhdud şəxslərə maliyyə yardımını nəzərdə tutan "Medicaid" proqramından oğurlanıb. Oğurlanan pulların bir hissəsi "Ded Xasan"ın (hazırda sağ deyil) klanının "obşak"ına daxil olub. "Pzo" özü də "Ded Xasan"ın tərəfdarı idi. Federal Təhqiqatlar Bürosu illərlə davam edən təqiblərdən sonra nəhayət "Pzo"nun mafiyasını çökdürə bilib. Bu iş üzrə cəmi 78 nəfərə ittiham elan olunub. Kazaryanı bir neçə ittiham üzrə ömürlük həbs gözləyirdi, amma o istintaqla sövdələşməyə gedib və təkcə bir ittihamı-reketliyi qəbul edib. 2013-cü ildə "Pzo"nu bu ittihamla Nyu-York Cənub dairəsi məhkəməsi 37 ay həbsə məhkum etmişdi, habelə əmlakını, o cümlədən Kaliforniyadakı 600 min dollarlıq evini müsadirə etmişdi. Həmin ilin sentyabrında "Pzo"nun istintaq altında saxlanıldığı ayları da nəzərə alaraq həbsdən azad ediblər. Bu zaman "vor zakon" Ermənistana ekstradisiyadan uğurla yayına bilib. Məlum olub ki, o Amerikada yaşamaq üçün "qrin-kartı" Azərbaycandan olan qaçqın kimi alıb və nəticədə Ermənistana deportasiya oluna bilməz.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










