Bunu edən sərnişinlər avtobusdan qovulacaq – VİDEO

Son günlər ictimai nəqliyyatda sərnişinlər arasında yaranan mübahisələrin ciddi dava ilə nəticələnməsi halları artıb. Bu cür hadisələrlə bağlı yayılan görüntülərdə bəzən söyüş, tərbiyəsiz ifadələrin səsləndirilməsinin də şahidi oluruq. Təbii ki, bu hallar digər sərnişinlərin narahatlığına səbəb olur. Üstəlik, həmin vaxt avtobusda olan azyaşlıların bu cür hallara şahid olması heç də xoş deyil. Ümumiyyətlə, bu cür davalar həm sərnişinləri narahat edir, həm də sürücünün diqqətini yayındırır. Təbii ki, belə olan halda qəzaların baş verməsi qaçılmaz olur. Bəs ictimai nəqliyyatda hər hansı səbəbdən dava edən sərnişinlərlə bağlı sürücü hansı addımı atmalıdır? Avtosfer.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sürücünün həmin sərnişinləri avtobusdan yerə endirə bilər: "Əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var. Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












