“Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır” - FOTO

“Bu, təbii fəlakətdir. Səbəblərini açmaq üçün tələsmək lazım deyil. Gözləməliyik ki, ekspertlər, alimlər öz rəyini desinlər”. Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Badamdarda baş verən sürüşmədən danışarkən deyib. O xatırladıb ki, bütün dünyada, o cümlədən XVIII əsrdə Badamdarda yaşayış olmasa da sürüşmələr qeydə alınıb: “İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilər. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub”.
Kanalizasiya sisteminin olmamasının prosesi sürətləndirməsi məsələsinə gəlincə isə o qeyd edib ki, bu hadisəni kanalizasiya sistemi ilə bağlamaq olmaz: “Birincisi, ekspert rəyininin təqdim olunmasını gözləməliyik. Hər halda bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən burada post qurulub.
Həmçinin, vaxtilə bu ərazidə tikinti tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












